Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Prezident yolkanı yandırdı

78231 (1)Vaşinqtonda bayram yolkasının işıqlarının yandırılması mərasimi keçirilib.

Mərasimə ABŞ prezidenti Barak Obama həyat yoldaşı Mişel Obama və qızları Maliya, Saşa ilə birlikdə qatılıb.

Meydana toplanan insanlara səslənən prezidet, “Hazırsız? Hər kəs ekran qarşısına və bu meydana toplaşıb? O,zaman yolkanı alovlandıraq” deyərək, beşdən geriyə doğru saymağa başlayıb.

Bütün ölkələrin diqqət mərkəzində olan mərasimdə Hollivud aktyoru Tom Henks və onun həyat yoldaşı aktrisa Rita Uilson da olub.

Daha sonra Mişel Obama qızlarından biri ilə və digər uşaqlarla küknar ağacı ilə bağlı maraqlı şeirlər oxuyub. Mərasimin sonunda isə dövlət başçısı qeyd edib ki, küknar ağacının hazırlanmasında müasir texnikadan istifadə olunub.

Küknar Amerikanın 50 ştatından olan qızlar tərəfindən dizayn edilib. Yolkanın qurulmasına prezidentin həyat yoldaşı Mişel Obama və 100 nəfər müharibə veteranı da kömək edib.

Xatırladaq ki, ağ küknar ağacını atlar qoşulmuş araba Ağ evin qarşısına 27 noyabr şükranlıq günündə gətirib. Ənənəyə əsasən onları Mişel Obama və qızları Maliya, Saşa qarşılayıb.

Vaşinqtonda Milad ərəfəsində milli yolkanın işiqlandırılması mərasimi 92 ildir ki, qeyd edilir.

www.yenicag.az

252