Prezidentdən Arif Məlikovla bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda deyilir:

“1. Bakı şəhər İcra Hakimiyyəti:

1.1. Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etsin;

1.2. Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

2.1. Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etsin;

2.2. Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.