Prezidentdən baş nazirin birinci müavini ilə bağlı – Sərəncam

Yaqub_Eyyubov_241212Azərbaycan Prezidenti İlham Əliyev Baş nazirin birinci müavini Yaqub Eyyubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Yaqub Abdulla oğlu Eyyubov “Şərəf” ordeni ilə təltif edilsin.