Prezidentdən Ceyhun Bayramovun qardaşı ilə bağlı SƏRƏNCAM – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, təltif edilənlər arasında Maliyyə nazirinin müavini Azər Bayramov da var. Sərəncama əsasən A. Bayramov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, A. Bayramov Xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.