Prezidentdən Elçin Quliyevlə bağlı sərəncam

Azərbaycan prezidenti İlham Əliyev Elçin İsağa oğlu Quliyevin “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, E. Quliyev Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, E. Quliyev Dövlət Sərhəd Xidmətinin rəisidir.