!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentdən Elxan Poluxovla bağlı SƏRƏNCAM - Bu ölkələrə yeni səfirlər təyin etdi 

!Reklam – Yazi

Azərbaycan Argentina, Koreya və Braziliyaya yeni səfirlər təyin edib.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb.

Belə ki, Rəmzi Kazım oğlu Teymurov Azərbaycanın Koreya, eyni zamanda Monqolustandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Argentinaya səfir təyin edilib.

Bundan başqa, Ramin Müzəffər oğlu Həsənov Azərbaycanın Almaniyadakı səfiri vəzifəsindən geri çağırılaraq Koreyaya səfir təyin edilib.

Eyni zamanda Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina, eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvaydakı səfiri vəzifəsindən geri çağırılıb.

***

Elxan Poluxov səfir və səlahiyyətli nümayəndə vəzifələrindən geri çağırılıb.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eləcə də Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv