!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezidentdən fərqli olaraq bəzi dövlət qurumları…” – 2 qat dünya çempionu-Foto

!Reklam – Yazi

11801893_945581878834663_81750626_n– Öncə sizdən başlayaq. Elgün Xanoğlan kimdir?

– Budo döyüş növləri və MMA üzrə 2 qat dünya və Avropa çempionu, dünya kubokunun sahibi, dünya kəmərinin sahibidir. Dəfələrlə beynəlxaq turnirlərin qalibi, 5 qat Azərbaycan çempionu olmuşam.

– Xanoğlan soyadı fərqlidir. Hansı bölgədənsiniz?

– Gözəl güşəmiz olan Qarabağ bölgəsindənəm. Füziliyəm, Xanoğlan olmağım da ata babamın adın daşıdığımdandır.

– Ailədə səndən başqa idmanla məşğul olan var?

– Atam idmançı olub və məndə həvəs ondan yaranıb, amma məndən fərqli olaraq o futbola məşğul olub. Məni də futbolçu etmək istəyirdi, amma mən döyüşü seçdim, qardaşım Amin də idmançıdır.

– Qardaşın idmana başlayan zaman onun müəllimi yəqin ki, sən olmusan. Bəs sənin müəllimin kim olub?

– Qardaşım idmana gəlməsində mənim böyük rolum olub. Məlum olduğu kimi, qarabağlılar incəsənətə böyük maraq göstərir. Qardaşımda muğamla məşğul olmaq istəyirdi. Amma o mənə baxandan sonra həvəsə gəldi və idmançı olmaq qərarını verdi. Qardaşım da mənim kimi, ölkənin tanınan idmançılarındandır. Mənim müəlimim isə dünya və Avropa çempionu beynalxaq turnirlərin qalibi Səbuhi Vəliyevdir.

– Bu yaxınlarda bir idmançıdan soruşdum ki, ən yaxşı idmançı kimdir? Dedi ki, “mənəm”. Bəs sən necə idmançısan?

– Əlbəttə, hər kəs özünù güclü sanır. Amma əsas güc döyüş meydanında bəlli olur.

– Ölkə başıçısı idmana böyük qayğı göstərir. İdmançı kimi sizin də vəzifəniz dövlətin idmana olan etimadını doğrultmaqdır. Bir idmançı olaraq siz nə edirsiz?

– Biz idmançılar rərhbərlikdən çox razıyıq. Amma bəzi dövlət qurumları var ki, onlar olimpiada və qeyri-olimpiada oyunları arasında fərq qoyurlar. Cənab prezident özü deyib ki, bizim üçün fərqi yoxdu bayrağımızı qaldıran hər bir idmançı bizim fəxrimizdir.

– İdmançı olduğunu bildik. Başqa nəyə marağın var?

– Rəsm çəkirəm və heykəl düzəldirəm.

– Filmlərə dəvət alırısınız?

– Filmlərə dəvət olunmuşam. İlk dəfə dostum öz çəkdiyi filminə məni dəvət etdi. O filmdən sonra dəvətlərin sayı çoxaldı.

– Yaxşı idmançı nəyə əməl etməlidir?

– Yaxşı idmançı hər zaman dövlətini və millətini sevməlidir.

– Necə xanımları bəyənirsiz?

– Sağlam düşüncəli xanımları sevirəm.

– Erməni və başqa millətdən olan idmançı ilə döyüşmüsən. Milliyyətindən aslılı olaraq idmançılar arasında fərq olur? Ən çətin döyüşün hansı olub?

– Hər bir rəqibin öz çətinliyi var amma erməni rəqib olanda daha da inamla döyüşürəm və qalıb gələrək bayrağımızı zirvəyə qaldıram.
Allaha şükür ki, indiyə qədər ermənilərlə döyüşlərdə məğlub olmamışam. Döyüşlərin hamısı çətin olub, amma ən çətin döyüş Ukrayanada keçirilən yarış zamanı dağıstanlı idmançı ilə olub. Onunla 3 raoud dayanmadan döyüşümüz olub. Şükür Allaha ki, qalıb ayrıldım o yarışdan.

– Sənin üçün məğlubiyyət nə deməkdir?

– Mən məğlubiyyət tanımıram ona görə məğlub olmuram. (H.F gülür) Ulu öndər demişkən “ağıl olan yerdə güc nəyə lazımdır”.

Hacıbəyli Fatimə

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv