Prezidentdən icra başçısı ilə bağlı sərəncam

Prezident İlham Əliyev İlqar Namaz oğlu Abbasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, İlqar Abbasov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

Qeyd edək ki, İlqar Abbasov Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısıdır