Prezidentdən iki nəfərə “Vətənə xidmətə görə” orden

Prezident İlham Əliyev Nizami Nadirovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Hüseyn oğlu Nadirov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şaitdin Sərdar oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.