Prezidentdən İsmayıl Vəliyevlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev İ.M.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.