Prezident İlham Əliyev Baş nazirin sabiq müavini İsmət Abasovla bağlı Sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə İsmət Dursun oğlu Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah İ. Abasovun 70 yaşı tamam olur.