Prezidentdən prokurorluq işçiləri ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Yenicag.az xəbər verir ki, fərmanla “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib.

Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Qayda “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 5-ci hissəsinə əsasən hazırlanmışdır və həmin maddənin 4-cü hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən (bundan sonra – vəsait) istifadə qaydasını müəyyən edir.

Vəsaitdən prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə istifadə olunur.