Prezidentdən rektorla bağlı – Sərəncam

gulchrrAzərbaycan Prezidenti İlham Əliyev Gülçöhrə Məmmədovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gülçöhrə Hüseyn qızı Məmmədova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

Qeyd edək ki, professor Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.