Prezidentdən sərəncam – Bu universitetlərə rektor təyin edildi

Prezident İlham Əliyev V.M.Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

Digər sərəncamla isə, Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.