Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

Yenicag.az xəbər verir ki, “Facebook” sosial şəbəkəsində paylaşılmış postda deyilir:

“Ordumuzun gücü Azərbaycan xalqının ona olan inamında və dəstəyindədir. Hər bir Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir”.