Prezidentdən yeni diplomat – Təyinatları

462508_459393Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Livandakı səfirliyinə yeni təyinatla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”.

***

İlham Əliyevin digər sərəncamı ilə İtaliyanın Kataniya şəhərinə Azərbaycanın yeni fəxri konsulu təyin edilib:

“Domeniko Koko İtaliya Respublikasının Kataniya şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin”.

Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.