Peruda prezident Dina Boluarteyə qarşı aparılan korrupsiya istintaqının ardından daxili işlər naziri Viktor Torres və təhsil naziri Miriam Ponce də daxil olmaqla 6 nazir tutduqları vəzifələrdən istefa verdiklərini açıqlayıb.
Yenicag.az xəbər verir ki, ölkənin daxili işlər naziri Viktor Torres jurnalistlərə açıqlamasında istefasının ailə problemi ilə bağlı olduğunu, digər nazirlərin isə məsələ ilə bağlı məlumat paylaşmadığını bildirib.
Digər tərəfdən, nazirlərin istefası ilə eyni vaxtda bir çox fərqli partiyadan olan millət vəkilləri Boluartenin “mənəvi çatışmazlıq” səbəbiylə vəzifəsindən azad edilməsini tələb edən ərizə ilə parlamentə müraciət ediblər.
Boluartenin vəzifədən uzaqlaşdırılması üçün 130 yerlik Məclisdə 87 nəfərin təklifin lehinə səs verməsi lazımdır.
Sözügedən istefaların ardından Boluarte 18 nazirliyin olduğu ölkədə boş qalan 6 nazirin yerinə yeni adlar təyin edib.
Sözügedən kabinet dəyişikliyi çərçivəsində yeni nazirlər and içərək vəzifələrinə başlayıblar.
Peru polisi prezident Dina Boluarteyə qarşı korrupsiya istintaqı çərçivəsində martın 31-də onun evinə basqın edib.
Polis prokurorluğun müşayiəti ilə Boluartenin paytaxt Limadakı evinə girərək, elan olunmadığı iddia edilən lüks saatları axtarıb.
Prokurorluq “Rolexgate” adlı korrupsiya araşdırması çərçivəsində Boluartenin qeyri-qanuni yolla zənginləşməsi ilə bağlı iddiaları araşdırır.
Yenicag.az