Prezidentə qarşı sui-qəsd cəhdi – Qazaxıstanda

Qazaxıstanın xüsusi xidmət orqanları ölkə prezidenti Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini saxlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik Komitəsinin (DTX) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 2022-ci il martın 25-də Nur-Sultan şəhərində DTX-nın əks-kəşfiyyatı Qazaxıstan prezidentinə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agenti, respublika vətəndaşı “A”nı saxlayıb.

Qeyd olunur ki, bundan başqa, saxlanılan şəxs digər yüksək rütbəli dövlət qulluqçularına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir.