Misir prezidenti Əbdül Fəttah əs-Sisi Mavritaniyada keçiriləcək Ərəb Liqasının sammitində iştirak etməkdən imtina edib.
Buna səbəb prezidentin həyatına sui-qəsd ediləcəyi ilə bağlı məlumatın əldə olunmasıdır.
Bildirilib ki, bu, bir sıra terror təşkilatları tərəfindən Misir dövlət başçısına qarşı hazırlanan ilk sui-qəsd cəhdi deyil.
Qeyd edək ki, Ərəb Liqasının sayca 27-ci sammiti bu gün Mavritaniyanın paytaxtı Nuakşotda işə başlayıb. Sammitdə Misiri baş nazir Şerif İsmayıl təmsil edir.