14766972114436796_100Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə təbrik edib.

Məktubda deyilir:

`Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını təbrik edirəm.

Azərbaycan ötən 25 ildə böyük inkişaf yolu keçib, iqtisadi, sosial və mədəni sahələrdə heyrətamiz uğurlar əldə edib.

Dağıstan ilə Azərbaycanı qədim dostluq və mehriban qonşuluq telləri bağlayır. Biz Azərbaycan rəhbərliyinin Dağıstan ilə tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirməyə, qarşılıqlı faydalı layihələr həyata keçirməyə çalışmasını yüksək qiymətləndirir və buna Dağıstana xüsusi rəğbətin əlaməti kimi baxırıq.

Əminəm ki, Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi istiqamətində yeni imkanların aşkara çıxarılması üçün mövcud potensialı birgə səylərimizlə reallaşdıra biləcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına quruculuq fəaliyyətinizdə uğurlar, sülh və firavanlıq arzu edirəm`.

Bundan başqa Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut, “Russneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri Mixail Qutseriyev, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev, Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski də Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə təbrik ediblər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."