!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Prezidenti aldatdığı deyilən Olimpiya mükafatçımız: "Mən ona şans da vermədim"

!Reklam – Yazi

Boks üzrə əməkdar məşqçi Rafiq İsmayılov “Futbol+”a boksdakı problemlərdən, tələbəsi Hidayət Musayevə qarşı olan qərəzdən danışıb:

“Tələbəm Hidayət Musayev (75 kq.) ölkə çempionatında 3-cü yeri tutdu. Yarımfinalda Kamran Şahsuvarlıyla qarşılaşmadan sonra yığmanın baş məşqçisi Leonid Layinski dedi ki, Hidayət 2 raundda qalib gəlmişdi. Deməli, əslində qələbə tələbəmə verilməliydi. Maraqlıdır ki, onu həmin an tərifləsə də, sonradan sıxışdırmağa başladı. Halbuki, daha sonra “Böyük İpək Yolu” turnirində Musayev gümüş, Şahsuvarlı isə bürünc medal qazandı.

Bu yerdə haşiyə çıxaraq qeyd edim ki, Kamranı Qazaxıstandan bura Rəhim Allahverdiyev gətirib. Həmin məşqçi “Qızıl Əlcək” klubunda çalışır. Bir müddət Rəhimin rəhbərliyi altında məşq etdi. Daha sonra “Qəbələ”yə keçdi. Orda məşqçisi Natiq Aslanov idi. Aslanov onun bütün əziyyətini çəkdi. Ancaq onun əməyini başqasının adına yazdılar. Ölkə başçısını aldadıblar. Boksa aidiyyatı olmayanlar, heç vaxt məşqçi işləməyənlər dövlətin pulunu mənimsəyib. Gənclər və İdman Nazirliyini, Kəmaləddin müəllimi (Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovu nəzərdə tutur – S.) aldadıblar. Necə? Kamran Olimpiadada bürünc medal qazandıqdan sonra şəxsi məşqçisi kimi dövlətdən ayrılan pulu Anar Məmmədovun adına verdilər. Heç bilmirəm, həmin şəxs “Qəbələ”də hansı vəzifədə çalışır. İndi bunlar görür ki, Hidayət güclüdü və böyük perspektivə malikdir Düzdür, Şahsuvarlı da zəif boksçu deyil. Ancaq hazırda Musayev ondan üstündür”.

Məsələ ilə bağlı adı hallanan Olimpiya mükafatçımız Kamran Şahsuvarlı ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan K. Şahsuvarlı Rafiq İsmayılovun dediklərinin doğru olmadığını bildirərək, “cəfəngiyyat” adlandırıb:

“Deyilənlərin hamısı boş şeylərdir. Aprelin 29-da yoxlama döyüşü keçirildi. Bunu deyirsə, həmin yoxlama döyüşündə Hidayətə bir şans belə vermədən məğlub etməyimdən də danışsın. Həmin idmançını mən Respublika çempionatında uddum. Amma rəqib doğrudan da özünü yaxşı tərəfdən göstərə bilmişdi. Bundan sonra millimizin baş məşqçisi onunla mənim aramda növbəti yoxlama döyüşü keçirtməyə qərar verdi. Bax, elə orada mən çox üstün oldum. Rafiq müəllim əsas buna cavab versin”.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv