Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Prezidenti gizli videoyla şantaj edib, intihar etdirəcəkdilər – GÜLƏN TƏHLÜKƏ

11749695_10206208739050176_745286811_nVaxtilə Gülənin sözçüsü olan keçmiş “Zaman” yazarı Hüseyn Gülərcə “Bəyaz TV”-də  maraqlı faktlar açıqlayıb. Onun sözlərinə görə,  “Gülən camaatından olan yüksək vəzifəli iki nəfər mənə dedilər ki, Ərdoğan seçkiləri görməyəcək. Çünki o ya dəlixanaya yerləşdiriləcək, ya da intihar edəcək” –deyə bildirib.

Daha sonra Gülər bunları deyib ki: “Məni yolumdan döndərmək üçün “camaat”ın yüksək vəzifəli şəxsləri evimə gəldi. “ Ərdoğan seçkiləri görməyəcək. Çünki o ya dəlixanaya yerləşdiriləcək, ya da intihar edəcək. Mən şokdaydım. Soruşdum ki, “Ərdoğan kimi dini-imanlı bir şəxs  nə üçün intihar etsin ki?” Onlar da “Çox gizli çəkilmiş videolar var”, dedilər”. Daha sonra sual verdim ki, “bu gizli çəkilişləri kim lentə alır?”   Onlar  da son dərəcə arxayınçılıqla “40 şəxsi mühafizəçinin 25 –i bizim qardaşlardır”  deyə, cavab verdilər. Əlbəttə indi bunları inkar edəcəklər. Əgər mən yalan deyirəmsə Allah mənə lənət eləsin. “Camaat”bu gün də prezindentin ətrafına öz adamlarını yerləşdirib. Yeganə məqsədləri Ərdoğanı məhv etməkdir”.

11749695_10206208739050176_745286811_n (1)Qeyd edək ki, Ərdoğanla Gülən arasındakı qarşıdurmanın səbəblərindən biri də ikincinin birincinin yataq otağından iş yerindəki kabinetinə qədər “juçok” yerləşdirməsinin üzə çıxması idi. Ərdoğanın mühafizə dəstəsini sıfırdan yeniləməsinin arxasında da Gülən təhlükəsi dayanırdı.

344295Xatırladaq ki, şantaj kassetlərindən istifadə etmək Gülən Şəbəkəsi üçün yeni iş deyil. Azərbaycan başda olmaqla əksər ölkələrdə şəbəkə özünə tabe olmayan şəxsləri ram etmək üçün bu taktikadan geniş istifadə edir.

www.yenicag.az

254