Prezidenti şoka salan XƏBƏR – Kanslerlə görüşün təxirə salındığını mediadan öyrəndi

Dövlət başçısı keçirəcəyi rəsmi görüşün ləğv edilməsindən media vasitəsilə xəbər tutub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Polşa prezidenti Anjey Duda ilə Almaniya kansleri Angela Merkel arasında planlaşdırılan görüş təxirə salınıb.

Lakin maraqlısı budur ki, Polşa prezidenti razılaşdırılmış görüşün təxirə salındığını mediadan öyrənib.

Bildirilir ki, Merkellə Dudanın görüşü sentyabrın 11-nə planlaşdırılsa da, buna bir neçə saat qalmış məlum olub ki, Polşa prezidentinin qrafikində belə bir görüş qeyd edilməyib.

Qəribədir ki, Duda özü də bu vəziyyətlə bağlı təəccübləndiyini, Merkellə görüşəcəyi haqda xəbəri mediadan öyrəndiyini deyib.