!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Prezidentimizin yanındayıq" - FETÖ-nun həbs etdirdiyi admiral  

!Reklam – Yazi

“Biz bu xain terror təşkilatı ilə qətiyyətli mübarizədə prezidentimizin yanındayıq.”

Bu sözləri FETÖ terror təşkilatının həyata keçirtdiyi “Balyoz” əməliyyatından zərərçəkən vitse-admiral Cem Gürdeniz Yenicag.az-a açıqlamasında deyib.

“FETÖ-nun 15 iyul çevriliş cəhdindən sonra cənab prezidentimiz Ərdoğanın hamımızı xilas etdiyini bildirmişdim. Qeyd etmək istəyirəm ki, biz bu xain terror təşkilatı ilə qətiyyətli mübarizədə prezidentimiz yanındayıq. Çevriliş cəhdindən 40 gün sonra başlatdığımız və uğurla sona çatdırdığımız “Fərat qalxanı” FETÖ-nun bütün çirkli oyunlarına baxmayaraq, ordumuzun dimdik ayaqda olduğunu dünyaya sübut etdi. Bu gün “Zeytun budağı” əməliyyatının 32-ci günüdür, bununla belə, FETÖ-yə qarşı mübarizə də diqqətdən kənarda saxlanılmır. Təhlükəsizlik qüvvələrimizin bu gün həyata keçirtdiyi FETÖ əməliyyatı böyük əhəmiyyətə malikdir. Sərhədlərimiz daxilində qəhrəman ordumuzun terrorizmə qarşı həyata keçirtdiyi uğurlu əməliyyatlara qarşı dəstəyimiz nə qədərdirsə, FETÖ-yə qarşı təşkil olunan əməliyyatları da dəstəkləyir və təqdir edirik.”

www.yenicag.az

1547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv