Azərbaycan Respublikası Prezidentinin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri postu ləğv edilib.
Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə Sərəncamında əksini tapıb.
Qeyd edək ki, Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov olub.