Suriyada savaş davam edərkən, digər ölkələrdən “mücahid” axını da bu cəhənnəmə davam edir. Xüsusilə, sosial şəbəkələrdə İŞİD, Ən-Nusra və digər örgütlərin təbliği nəticəsində qanlı savaşa qurban gedənlərin sayı getdikcə artır. Lakin bu artıq qanla bəslənənləri qane etmir ki, televiziya vasitəsi ilə bu yöndə təbliğat aparırlar.
Yenicag.az xəbər verir ki, ərəb ölkələrində yayımlanan verilişlərdə Suriya prezidentinə qarşı terrora görə, mükafatlar belə söz verilir.
“Suriyada cihad” fitnəsini yayan, əslən suriyalı Adnan Ar-Ur ərəb kanalında Bəşər Əsədin başını qılıncla kəsib gətirənə nəzir verəcəklərini bildirib. Onunla eyni proqrama qatılan iordaniyalı alim Əli əl-Hələbi isə bu təklifi dəstəkləyir.
Maraqlıdır ki, Suriyanı qan gölünə çevirən Andan Ar-Urların, Əli əl-Hələbilərin Azərbaycanda da izləyici və tərəfdarları az deyil.
Dindarlar arasında bu görüşü təbliğ edənlər ölkəmizdən Suriyaya “cihad turizmi” ilə məşğuldurlar. Bu barədə araşdırmalarımız davam etdiyindən həmin şəxslərin adlarını açıqlamırıq. Qısa zamanda mövzuya qayıdacağıq.
Yenicag.az