!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin bu fərmanı qeyri-neft sektorunu dirçəldə biləcəkmi? – Şərh           

!Reklam – Yazi

 

ilham-aliy7Vüqar Bayramov: “Bu sahibkarda ixracata stimulun formalaşmasına, qeyri-neft sektorunun ixrac qabiliyyətinin təşviq edilməsinə təkan verəcək”

Azərbaycan Prezidenti İlham Əliyev ixracın təşviq edilməsinə yönələn əlavə təbirlər haqda fərman imzalayıb. Fərmana əsasən Azərbaycan ərazisində istehsal olunan qeyri-neft məhsullarının ixracı ilə məşğul olan iş adamlarına dövlət büdcəsinin vəsaiti hesabına əlavə ixrac təşviqi vəsaiti ödəniləcək. Görəsən, bu addım Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac potensialının artmasına nəhayət ki rəvac verə biləcəkmi?vuqar bayramovv

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yenicag.az-a açıqlamasında verilən fərmanı qeyri-neft sektoru üzrə ixracatın dəstəklənməsi baxımından vacib addım kimi dəyərləndirdi: “Vaxtilə ixracatda subsidiyanın tətbiq edilməsilə bağlı hökumətə təkliflər paketi təqdim etmişdik. Çünki, ixracata subsidiyaların tətbiq edilməsi olduqca vacibdir. İxrac subsidiyası qeyri-neft sektorunda çalışan sahibkarları ixracata stimullaşdırır. Bu da imkan verir ki, artıq sahibkarlar ixrac etdiyi məhsulun bir qisminin dəyərini ala bilsinlər. Atılan addım sahibkarların ixracata təşviq olunmasına birmənalı olaraq imkan yaradacaq. Onlar dövlət subsidiyasından faydalanmaq imkanına malik olacaqlar. Eyni zamanda, imkan yaranacaq ki, sahibkarlar qeyri-nağd ödənişləri həyata keçirməkdə maraqlı olsun. Eyni zamanda bu imkan verəcək ki, sahibkarlar yerli xammaldan istifadə etsin. Yerli xammaldan istifadə isə yerli məhsula tələbatın artmasına gətirib çıxaracaq. Bu sahibkarda ixracata stimulun formalaşmasına və qeyri-neft sektorunun ixrac qabiliyyətinin təşviq edilməsinə təkan verəcək. Qeyd edim ki, qeyri-neft sektorunda ixracatın artması prosesi müəyyən zaman tələb edir. Yaxın zamanda isə bu sahə üzrə ixracın artacağı proqnozlaşdırılmır. Fərmandan irəli gələn məqamlarla bağlı söhbət əsasən 2017-ci ilin ikinci yarısından başlayaraq ixracatda qeyri-neft sektorunun payının artırılmasından gedir. Bu baxımdan düşünürəm ki, addım strateji bir addımdır. Strateji olaraq ixracın stimullaşdırılması ilə bağlı tədbirlər heç də qısa müddətli dövrü əhatə etmir. Yəni qısa müddətli dövr üçün nəticə əldə etməyə hesablanmayıb.  Məqsəd strateji olaraq ölkənin qeyri-neft ixracatının artırılmasına nail olmaqdan ibarətdir”.

ELÇİN

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv