Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Prezidentin çıxışı zamanı yatdı

52447Futbol üzrə keçmiş dünya çempionu, 54 yaşlı Dieqo Maradona Venesuelada qatıldığı tədbirlərdən birində yatıb. Ulduz futbolçu tədbirdə Venesuela prezidenti Nikolas Maduronun çıxışı zamanı yatarkən kameralara tuş gəlib.

Çıxışı zamanı Venesuela prezidenti Maradonanı “inqilabçı Dieqo Maradona!” deyə təqdim etdikdən sonra kameralar keçmiş futbolçuya tuşlanıb və hər kəs onun prezidentin sözlərinə reaksiya vermək əvəzinə, mürgülədiyinin şahidi olub. Maradonanın köməyinə onun arxasında oturan tamaşaçı gəlib və o, ulduz futbolçunu dürtmələməklə, oyandırıb.

Qəfil yuxudan ayılan Maradona ayağa qalxaraq pərəstişkarlarına əl sallayıb və özünü yatmırmış kimi göstərib.

(anspress.com)

www.yenicag.az

234