Reklam: High Technic
hightechnic

“Prezidentin dollar kreditlərinə aydınlıq gətirməsi vacibdir” – Vahid Əhmədov

“Əmanətlərin sığortalanması haqqında qanunun uzadılmasına ehtiyac var”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxış edən millət vəkili Vahid Əhmədov deyib.

Ölkənin bank sektorunda yaranmış vəziyyətin ciddi şəkildə ağırlaşdığını deyən Vahid Əhmədov bu istiqamətdə vacib addımların atılmasına çağırıb: “2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3 illik müddəti gələn il başa çatır. Ölkənin bank sektorunda yaranmış vəziyyəti nəzərə alaraq, həmin müddətin uzadılması çox vacibdir. Əks halda, onsuz da ağır olan bank sektorundakı vəziyyət daha da ağırlaşacaq. Digər bir məsələ də bundan ibarətdir ki, Milli Məclis tətildə olduğu müddətdə konstitusiya məhkəməsi xarici valyutalarla olan kreditlər haqqında qərar qəbul edib. Tam məsuliyyətlə deyirəm ki, bu qərar həm xalqın, həm də bankların vəziyyətinə çox ağır təsir göstərəcək. Çünki əhalinin xarici valyutada olan kreditləri qaytarmaq imkanı yoxdur. Ümumiyyətlə, bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Cənab Prezidentin də xarici valyutada olan kreditlərə münasibət bildirməsi vacibdir”.

www.yenicag.az

6392