!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin “əfv” mesajı: Azərbaycan “mövsümi”dən davamlı dəyişikliyə doğru addımlayır - Təhlil

!Reklam – Yazi

Bu ilin əvvəlindən başlayaraq, ölkə həyatının əsas sferalarını əhatə etməklə vüsət alan mühüm dəyişikliklər Azərbaycanın bütün mənalarda yeni mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir.

Ölkə əhalisi yanvardan etibarən, əvvəlllər görüb-vərdiş etmədiyi ardıcıllıqla xoş sürprizlər almaqdadır. Prezident İlham Əliyevin vətəndaşların sosial rifahının yülsəldilməsinə hesablanmış qərarları – minimum əmək haqqının, təqaüd və müavinətlərin artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlik digər addımlar cəmiyyətdə adekvat, müsbət ovqat yaradıb.

Bu çərçivədə əlbəttə ki, dövlət başçısının şəhid və qazi ailələrinə sosial vəziyyətini öz nəzarətinə götürməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan soydaşlarımızın ailələrinə heç bir istisna olmadan birdfəlik sığorta məbləğinin ödənilməsi, şəhid ailələrinin hər birinin mənzillə təmin olunmasına dair yüksək səviyyədə təminatın verilməsi dövlətin Vətən uğrunda canından keçən, sağlamlığını itirən fədakar vətəndaşların varislərinin hər zaman yanında olmasının birbaşa göstəricisidir.
Vətəndaşları müsbət anlamda təəccübləndirən ən mühüm addımlardan biri də şübhəsiz ki, prezident İlham Əliyevin artıq ölkənin bank-maliyyə sistemini çökdürəcək qədər təhlükəli xarakter alan problemli kreditlərin həllini sürətləndirəcək sərəncamı oldu. Doğrudur, bu sərəncam əhalinin kredit borclarının dövlət hesabına tam silinməsini nəzərdə tutmasa da, banklar qarşısında öhdəlikləri olan vətəndaşların vəziyyətinin yüngülləşdirilməsi, devalvasiya nəticəsində yaranmış əlverişsiz şərtlərin aradan qaldırılması baxımından, böyük əhəmiyyət daşıyır.
Azərbaycan vətəndaşlarının izlədikləri və öz həyatlarında hiss etməyə başladıqları pozitiv dəyişikliklər sadəcə, yuxarıda sadalanan qərarlarla yekunlaşmır. Əhali son iki ayda aşağı-yuxarı məmurların davranışlarındakı yüz səksən dərəcəlik dəyişikiyi də diqqətdən qaçırmır. Bu məsələdə də ilk cığır açan yenə prezident İlham Əliyev oldu. Dövlət başçısının şəhid ailələri ilə görüşdə, zəlzələdən zərər çəkən Şamaxı və Ağsu camaatı ilə təmaslarda, Sumqayıt, Beyləqan və Bakıda sakinlərlə canlı ünsiyyətdə ənənəvi protok qaydalarının dəyişdiyini təsdiqləyən davranış sərgilədi.

Açıq-aydın görünür ki, prezidentin bölgələrə səfəri zamanı onunla görüşə axışan kütlə yerli hakimiyyətin səfərbər etdiyi “köhnə kontingent” deyil. Bu dəyişikliyin sayəsində prezidentin səfər etdiyi istənilən bölgənin sakinləri onunla görüşə və öz müraciətlərini əlbəəl təqdim edə bilirlər. Eyni zamanda, dövlət başçısından nümunə götürən, bəzi hallarda isə onu zahirən təkrarlamaqla kifayətlənən məmurlar özlərinin xalqın xidmətçisi olduqlarını dərk etməyə başlayıblar.

Prezident İlham Əliyevin martın 16-da imzaladığı və yüzlərlə məhbusa – aralarında onlarla müxalifətçi fəal da var – şamil edilmiş əfv sərəncamı ilin əvvəlindən həyata keçirilən dəyişikliklərin Novruzqabağı akkordu da hesab oluna bilər. Dövlət başçısının bu sərəncamı tək yüzlərlə məhbusun cəza müddətini başa vurmadan azadlığa və öz ailələrinə qovuşmaları anlamına gəlmir. Əfvə düşənlər arasında keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, dindar Hacı Zülfüqar, gənc fəallar Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə və digərlərinin olması prezidentin bu sərəncamını həm də əks siyasi düşərgələr arasında münasibətlərin normallaşdırılması istiqamətində atılmış addım kimi qiymətləndirməyə tam əsas verir. Həm də dindarından siyasisinə, əyalət müxalifətçisindən paytaxt aktivistinə qədər çox geniş siyahı göstərir ki, Prezident “Mən hər bir azərbaycanlının prezidentiyəm” prioritetini bu əfv məsələsində də sərgiləyib.

Bəli, ölkə həyatındakı müsbətə doğru forma və məzmun dəyişikliklərinə fərqli yanaşmalar da mövcuddur. Bu barədə fikir bildirənlərin bir qismi haqqında danışılan dəyişiklikləri nəzərdə tutulan işlər, prezidentin xalqla təmaslarının intensivləşməsini isə dövrün tələbi olaraq, təqdim edirlər. Başqa kəsim isə dövlət başçısının əvvəlki davranışlarının hakimiyyətə heç bir divident gətirmədiyini, onun bu üzdən artıq fərqli siyasi texnoloqların məsləhətlərindən yararlandığını bildirirlər. Sözsüz, bu məzmunda müzakirələrin getməsi təbiidir – çünki istənilən dəyişikliyin səbəbləri hər kəsə maraqlıdır və bir çoxları bu barədə “ən doğrusunu bilən” ekspert qismində danışmaq imkanını qaçırmaq istəmirlər.

Xalq üçün əsas olan isə çoxdan gözlədiyi müsbət dəyişikliklərin “mövsümi” deyil, davamlı olmasıdır. Müşahidə və təhlillər də göstərir ki, başlanmış proses dönməz xarakter alıb.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

14616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv