!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Prezidentin ev bağışladığı xalq artisti: “Bu xəbəri eşidəndə…”

!Reklam – Yazi

Prezident İlham Əliyevin göstərişi ilə xalq artisti, tanınmış aktyor Qurban İsmayılova mənzil hədiyyə edilib.

Aktyor sevincini Yenicag.az-la bölüşüb:

“Ailəlikcə 21 kvadratmetrlik mənzildə yaşayırdıq. O da kreditdə idi. Cənab prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. 14-cü binada, 14-cü mərtəbədə evimiz oldu. Buna görə mən cənab prezidentə minnətdarlığımı bildirirəm. Bu xəbəri eşidəndə övladlarım, həyat yoldaşım çox sevindi. Böyük övladlarımın evi vardı. Amma hələ beş yaşı tamam olmayan övladımın qarşısında məsuliyyətim vardı. Fikirləşirdim ki, Allahım, görəsən, onu yerbəyer edə biləcəm, ya yox? Həyatdır, adam bilmir sabah başına nə iş gələcək, o günü görəcəm, ya yox? Amma indi ürəyim tam rahatdır. Bu rahatlığı mənə prezidentim verdi. Minnətdarlıq hissim sonsuzdur”.

Cəvahir

www.yenicag.az

3634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv