Prezidentin ev hədiyyə etdiyi Musa Yaqub: “O evdə yeni şeirlər doğulacaq” – FOTO

Prezident İlham Əliyev xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.

Yenicag.az-a açıqlama verən şair sevincini və minnətdarlığını ifadə edib:

“Prezident mənə Bakı şəhərində 3 otaqlı ev bağışladı. İndi özüm də Bakıdayam, gedib o evi gördüm. Təmir olunacaq. Sonra köçüb orada yaşayacağıq. Yəqin ki, o mənzildə də yeni şeirlər yazacam. İndiki evimiz çox kiçik idi. Ölkə başçısı İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.

Cəvahir