Prezidentin fransız aparıcıya cavabı Türkiyədə manşet oldu – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 14-də “France 24” televiziya kanalına müsahibəsi Türkiyə mətbuatında geniş işıqlandırılıb.

Yenicag.az xəbər verir ki, Prezidentin jurnalistin “Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?”, – sualına gülərək “Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır”, – deyə cavab verdiyi kadrlar Türkiyə mediasında “Fransız aparıcının dronla bağlı sualı Əliyevi güldürdü” başlığı ilə manşet olub.

Videonu təqdim edirik: