Prezidentin geri qaytardığı qanun sabah müzakirə olunacaq

milli-meclisPrezident İlham Əliyevin imzalamadan Milli Məclisə geri göndərdiyi “Valyuta tənzimi haqqında” qanun layihəsi sabah parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, parlamentin sabahki iclasının gündəliyinə 6 məsələ daxil edilib:

1. “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

2. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

3. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

4. Z.A.Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında

5. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə

6. “Elm haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.