!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin “gömrük” inqilabından Azərbaycanda kimlər qazanacaq?

!Reklam – Yazi

скачанные файлы (3)Vüqar Bayramov: “Gömrükdə şəffaflıq artacaq, vətəndaş vəsaitinə qənaət edəcək, qiymətlər ucuzlaşacaq”

Xəbər verildiyi kimi prezident İlham Əliyev Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.

Burada göstərilir ki, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 396 nömrəli Fərmanının 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq, gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirildiyinə dair məlumatı bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yenicag.az-a açıqlamasında bildirdi ki, həmin fərman gömrükdə şəffaflığın artmasına, vətəndaşların vəsaitlərinə qənaət etməsinə, rəqabət mühitinin güclənməsinə şərait yaradacaq: “Prezidentin bu fərmanından birmənalı şəkildə faydalanan tərəf vətəndaşlardır. Fərman vətəndaşların 10 min manat dəyərinə qədər aldığı məhsulun gömrük rüsumları olmadan ölkəyə gətirilməsinə şərait yaradır. Bu imkan verəcək ki, vətəndaşlar 10 min manatadək xaricdən aldığı məhsulu rüsumsuz ölkəyə gətirə bilsin. Bu həm də vətəndaşlara daha aşağı qiymətlərlə malları ölkəyə gətirməyə imkan yaradacaq. Xərclərin bu yolla azalması isə vətəndaşın öz vəsaitinə qənaət etməsi deməkdir. Fərmanın bir müsbət tərəfi də vətəndaşa seçim imkanının verilməsilə bağlıdır. Məsələn, vətəndaş Türkiyədə satılan mebelin və onun Azərbaycandakı qiymətilə maraqlanacaq. Bu fonda nəqliyyat xərcləri daxil olmaqla həmin mebeli Türkiyəyə gedib Azərbaycana gətirmək daha ucuz başa gələcəksə, vətəndaş həmin addımı da atacaq.

Çünki bu zaman növündən asılı olmayaraq 15 faizlik vergi rüsumu, satış üçün olmadığından 18 faizlik əlavə dəyər vergisi verməyəcək. Yəni xərclər kifayət qədər az olacaq. Vətəndaş seçim imkanına malik olduğu üçün daha ucuz qiymətə həmin malları ölkəyə gətirə biləcək. Hər il 2 milyona qədər ölkə vətəndaşı xaricə səfərə gedir. Bu səfərlər fonunda onlar istədikləri malları ölkəyə gətirmək imkanı qazanacaq. Ən başlıcası isə odur ki, həmin fərman bazarın tənzimlənməsinə imkan verəcək. Çünki, vətəndaşın seçim imkanının olması artıq rəqabət deməkdir. Sahibkar da bu fonda öz malını ucuz qiymətə təklif etmək məcburiyyətində qalacaq ki, müştəri yığmağa çalışsınlar. Belədə öz mallarını daha ucuz qiymətə təklif edəcəklər. Bu rəqabətin güclənməsinə və onun da nəticəsində qiymətlərin aşağı salınmasına gətirib çıxaracaq. Bütövlükdə bu fərman proseduranın təzələnməsinə imkan verəcək. Gömrükdə baryerlərin azaldılması, şəffaflığın gücləndirilməsinə şərait yaradacaq. Gömrük prosedurları, qaydaları asanlaşacaq. Vətəndaşların vəsaitlərinə qənaət etməsinə stimul verəcək”.

 

ELÇİN

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv