Prezidentin iradı nəticə verdi – Lisenziyalar ləğv edilir

9CD162D8-6B31-4437-A979-224ABEEF9E5D_cx12_cy23_cw82_mw1024_s_n_r1Bir sıra lisenziyaların ləğv edilməsi təklif olunacaq.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Prezident İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması barədə verdiyi tapşırıqların icrası olaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin dünən keçirilmiş geniş kollegiya iclasında Nazirlik tərəfindən verilən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası fəaliyyətinə lisenziyaların xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısından çıxarılması barədə təkliflərin verilməsi qərara alınıb.

Bununla yanaşı, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılaraq, sayının azaldılması barədə ən qısa zamanda təkliflərin hazırlanması barədə qərar qəbul edilib.

Bu gün ölkədə 59 sahə üzrə alt sahələri daxil etməklə, 103 lisenziya növü mövcuddur(Azvision).