!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezidentin “İşğalla barışmayacağıq” bəyanatı ciddi mesajdır və dəstəklənməlidir” – Elşad Musayev

!Reklam – Yazi

“Dövlət başçısının bu barədə növbəti dəfə qəti fikir bildirməsi onu göstərir ki, Azərbaycana kənardan güclü təzyiq var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının bu gün keçirilmiş iclasında səsləndirdiyi “Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq” fikrini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

BAP sədrinin sözlərinə görə, prezidentin bu mesajı çox ciddi əhəmiyyətə malikdir və dəstəklənməlidir:

“Öncə Ermənistanın dünənki hərbi təxribatını dəf edərkən şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyirəm. Dünən baş verən döyüşlər bir daha göstərdi ki, Azərbaycan əsgəri nə qədər mətin və sarsılmazdır.

Təhlükəsizlik Şurasının təcuili keçirilən iclasında çıxış edən prezident İlham Əliyev bir neçə mühüm məqama toxunub. Onlardan biri də məhz Azərbaycanın məruz qaldığı işğalla heç vaxt barışmayacağını bir daha bəyan etməsidir.

Fikirmcə, prezident bu barədə növbəti dəfə belə qəti fikir bildirirsə, deməli, işğalla barışması üçün kənardan Azərbaycana ciddi təzyiqlər mövcuddur. Bəlkə də bir çoxları o təzyiqlərin miqyas və mahiyyətini tam dərk etmir. Amma Azərbaycan həqiqətən, bəzi beynəlxalq güclərin təzyiqi ilə üz-üzədir.

Lakin İlham Əliyevin bəyan etdiyi bu mövqe belə deməyə əsas verir ki, Azərbaycan o təzyiqləri qarşı davam gətirmək, eyni zamanda, öz ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır.

O baxımdan, prezidentin bu bəyanatı ciddi şəkildə dəstəklənməlidir. Azərbaycana təzyiq edən güclər görməlidirlər ki, ölkə cəmiyyəti Qarabağ münqaişəsinin ədalətli həllində, ərazi bütövlüyümüzün bərpası məsələsində tamamilə həmrəydir”.

Aqil Bəkir

www.yenicag.az

902
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv