!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin İtaliyaya səfəri çox mühüm və məhsuldar olub — ATXƏM sədri

!Reklam – Yazi

“Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında iqtisadi-ticari, siyasi, mədəni və humanitar əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib.

İ.İsmayılov bildirib ki, səfər bir çox mühüm və məhsuldar görüşlərlə yadda qaldı:

“Hər zaman xarici ölkələrə səfərində olduğu kimi, bu dəfə də Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İtaliyaya işgüzar səfərində çox yüksək səviyyədə qarşılandılar. Səfər zamanı SOCAR ilə “Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyəti, neft-qaz, bərpaolunan enerji və digər sahələrdə yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı.

İtaliya Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevlə görüşündə Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğunu qeyd etdi. 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulandı.

O həmçinin, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyindən, o cümlədən Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayan TAP layihəsinin əhəmiyyətindən bəhs etdi”.

ATXƏM sədrinin sözlərinə görə, İtaliya Prezidenti COP29-un Azərbaycanda uğurla keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu qeyd edib və İtaliyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanla yaxından əməkdaşlıq etdiyini bildirib:

“Prezident İlham Əliyev həmçinin Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri, hazırda isə üzvü kimi Qlobal Cənubun bir hissəsi olduğunu, Azərbaycanın COP29 çərçivəsində də iqlim məsələləri üzrə həmrəyliyin təşviq edilməsi istiqamətində səy göstərəcəyini qeyd etdi.

Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanla əsas ticarət tərəfdaşlarından biri olduğunu və Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əlaqələrin mövcud olduğunu qeyd etmişdir. Bəzi ölkələrin bu əlaqələrin inkişafına maneə yaratmasına baxmayaraq, Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsünün,  eyni zamanda, Cənubi Qafqazda regional əməkdaşlıq layihələrinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu vurğuladı.

Dövlətimizin başçısı Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcud olduğunu qeyd edərək, Ermənistanda müvafiq konstitusiya dəyişdirilməsi prosesi vasitəsilə bunun aradan qaldırılmasının vacib olduğunu və yalnız bundan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanmasınıın mümkün olmasını qeyd etdi”.

ATXƏM sədri İtaliyanın bir çox şirkətlərinin Azərbaycanda, xüsusilə Qarabağda bərpa-quruculuq işlərində fəaliyyətinə də diqqət çəkib:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirildi. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparıldı, ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olundu.

Görüşdə Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə investisiya layihələrində iştirakı məsələsinə toxunuldu. Orta Dəhlizin əhəmiyyəti və İtaliya şirkətlərinin də bu dəhlizin imkanlarından istifadə etməsi perspektivləri müzakirə olundu.
Daha sonra Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqıında, enerji keçidi və istixana qazlarının azaldılması sahəsində sənədlər imzalandı.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış etdi”.

COP29

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv