Prezidentin köməkçisi Dağıstanda saxlanılan azərbaycanlılardan danışdı

Dağıstanda saxlanılan vətəndaşlarla əlaqədar onu qeyd etmək istərdim ki, digər ölkələrin ərazisində olan vətəndaşlar həmin ölkənin qayda-qanunlarına riayət etməlidir.

Yenicag.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hər hansı bir zorakı xarakter daşıyan addımlardan da çəkinmək çox vacib xarakter daşıyır: “Saxlanılan vətəndaşlarla bağlı Azərbaycanın aidiyyəti strukturları Rusiyanın hüquq-mühafizə orqanları ilə təmasdadırlar”,