Prezidentin köməkçisi: “Ermənistanın daha çox cinayətləri üzə çıxacaq” – VİDEO

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Füzuli rayonundan ermənilərin dağıdılmış istehkam xətlərini paylaşıb.

Yenicag.az-ın məlumatına görə, o, bu barədə “Twitter” səhifəsində paylaşım edib.

H.Hacıyev, həmçinin Qaraxanbəyli kəndindən görüntülər yayıb:

“Bölgədə sağlam tikili qalmayıb. Vandalizmsərhəd tanımır. Ermənistanın daha çox cinayətləri üzə çıxacaq. Beynəlxalq media Ermənistanın bütün hərbi cinayətlərini işıqlandırır”.