Prezidentin köməkçisi İmişlidə “ASAN HƏYAT” kompleksində – FOTO

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov İmişli şəhərində inşası yekunlaşmaqda olan “ASAN HƏYAT” kompleksinə baxış keçirmək üçün İmişli şəhərinə gəlib.

Yenicag.az xəbər verir ki, Fuad Ələsgərov İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev və rayon hüquq-mühafizə orqanları rəhbərləri ilə görüşüb.

Sonra Fuad Ələsgərov və İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev “ASAN HƏYAT” kompleksinə gələrək, orada gedən tikinti işləri ilə yaxından tanış olublar.

Prezidentin köməkçisi tikintinin gedişinə dair öz tövsiyə və tapşırıqlarını verib./Avropa.info/

COP29