Prezidentin köməkçisi jurnalistə əsəbiləşib müsahibəni yarıda kəsdi – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın İsveçin SVT televiziyasına müsahibə verib.

Yenicag.az-ın Türkiyə bürosunun məlumatına görə, Kalın jurnalistin sualına əsəbiləşib müsahibəni yarıda saxlayıb.

Buna səbəb jurnalistin: “Türkiyə beynəlxalq cinayətkarlar üçün sığınacaqdır?” sualı olub.

Sözçü bu sualın PKK / FETÖ terrorçularının sualı olduğunu qeyd edərək yayımın kəsilməsini istəyib.