Prezidentin köməkçisi Türkiyə səfiri ilə regional məsələləri müzakirə etdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Cahit Bağçı özünün “Twitter“ hesabında paylaşım edib.

Səfir görüş zamanı Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində əlaqələrin inkişafından və regional məsələlərdən danışdıqlarını qeyd edib.