Prezidentin MÜHÜM MÜSAHİBƏSİ: “Onlar Azərbaycanın qələbəsinə kölgə salmaq istəyirlər”

“Absurd fikirlər və ifadələrlə Azərbaycanın qələbəsinə kölgə salmaq istəyirlər. Lakin alınmayıb, alınmayacaq da”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyovaya verdiyi müsahibəni şərh edərkən, buna Ermənistandan müxtəlif reaksiyalar gəldiyini diqqətə çatdırıb.

“Erməni mediasına nəzərə yetirsək, “Əliyev Makrona meydan oxuyur”, “Əliyev Ermənistanı təhdid edir”kimi başlıqlarla tirajlanan xəbərlərlə qarşılaşacağıq. Həmçinin ən çox diqqət çəkən məqam Azərbaycanın hərbi büdcəsinin artımı ilə bağlı fikirlər səsləndirmələridir. Özləri belə etiraf edir ki, Ermənistan Azərbaycanla ayaqlaşa bilməz. Ancaq bir məsələni unudurlar. Azərbaycan nə üçün bunu etdi?
Azərbaycan sülh tərəfdarıdır və regionda hər zaman əmin-amanlığın bərqərar olması üçün çalışır. Əgər başda Fransa olmaqla, Hindistan və ABŞ İrəvana böyük həcmdə hərbi yardımlar göstərməsə idi, biz hərbi xərcləri 2025 ili üçün 5 milyard dollara qaldırmazdıq”

“Əlavə olaraq ikinci məsələ isə Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanovun dəxilsiz tənqidi ilə bağlıdır. O, fikir səsləndirib ki, “Prezident NATO-dan şikayətlənsə də, Azərbaycan alyansa üzv olan Türkiyənin dəstəyi ilə Şuşanı tutdu. Azərbaycan NATO üzvü olan Türkiyədən silah ala bilər, Ermənistan qardaşı Yunanıstandan silah ala bilməz?”.

İlk öncə qeyd etmək lazımdır ki, İlham Əliyev bu müsahibədə Yunanıstanla bağlı ifadə işlətməyib. Düzdür, Yunanıstan ermənilər üçün qardaş ölkədir, hər zaman bir-birlərini dəstəkləyirlər, ancaq onun qardaşına verə biləcək hərbi texnikası yoxdur. Bir sözlə, bu kimi absurd fikirlər və ifadələrlə Azərbaycanın qələbəsinə kölgə salmaq istəyirlər. Lakin alınmayıb, alınmayacaq da. Çünki Azərbaycan işğala son qoydu. Qarabağı məhz can və qan bahasına xilas etdi. Nə olur-olsun, yaranan mövcud reallıqları dərk etməlidirlər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli