Litvada Çeçenistanın sabiq prezidenti Cövhər Dudayevin kiçik oğlunun məhkəməsi başa çatıb.
Saxta pasportları hazırlamaqda ittiham olunan Degi Dudayevə 940 avro məbləğində cərimə kəsilib. D.Dudayev bu məbləği 1 ay ərzində ödəməlidir.
Öz günahını etiraf edən sabiq prezidentin oğlu cinayəti Avropa ölkələrinə köçmək istəyən qohumlarına kömək məqsədi ilə törətdiyini bildirib. D.Dudayev qohumlarının hazırda Rusiyada yaşadığını deyib (APA).