Prezidentin qeyri-adi POQONU: Lukaşenko Müdafiə Nazirliyinə belə gəldi – FOTO 

Belarus prezidenti növbəti qeyri-standart hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Müdafiə Nazirliyindəki müşavirəyə hərbi geyimdə gəlib.

Lakin Lukaşenkonun mundirindəki poqonlarda ənənəvi ulduzlar deyil, Belarusun gerbi həkk edilib. Bu barədə görüntüləri bır sıra “Telegram” kanalları yayımlayıb.

Bu, Belarus prezidentinin ilk belə addımı deyil. O, 2020-ci il mayın 9-da keçirilən parada qızıla çəkilmiş poqonları olan mundirdə çıxmışdı.