Prezidentin qızı restoranda işləyir – Foto

88925_csa8euckw3ABŞ prezidenti Barak Obamanın kiçik qızı yay tətilini çalışaraq keçirir.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, 15 yaşlı Saşa balıq restoranlarından birində kassir kimi işə başlayıb. Saşa işə başlamazdan əvvəl kursa gedib, bu peşəni öyrənib.

İş saatında qızı 6 cangüdən qoruyur. Onlar restoranın qabağında, içərisində otururlar.

Saşanın çalışdığı restoran təsadüfən seçilməyib. Belə ki, restoranın yerləşdiyi Martas-Vinyard adası prezidentlərin istirahət məkanı hesab edilir. Barak Obama dəfələrlə qızının çalışdığı balıq restoranında qonaq olub.

Prezidentin qızı gün ərzində 4 saat çalışır, şənbə və bazar günü isə o istirahət edir. Çünki həmin gün valideynləri adaya gəlir.