!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin qızları Bakı Media Mərkəzinin açılışında - Fotolar

!Reklam – Yazi

İyunun 2-də Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub.

Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Arzu Əliyeva dörd ildir fəaliyyət göstərən bu qurumun uğurlu irimiqyaslı layihələr həyata keçirdiyini bildirdi. “Əminəm ki, biz gələcək uğurlarımızı, nailiyyətlərimizi qeyd etmək üçün bir daha bu gözəl binada görüşəcəyik”, – deyə Bakı Media Mərkəzinin prezidenti vurğulayıb.

Bakı Media Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Bakı Media Mərkəzinin binasının foyesində qoyulan “Dream” əsərinin müəllifi, rəssam Rəşad Mehdiyev Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə göstərilən dövlət dəstəyindən danışıb. Sonra “Dream” əsərinin açılışı olub.

Arzu Əliyeva və Rəşad Mehdiyev əsərin üzərindəki ağ örtüyü götürüblər.

Sonda xatirə şəkli çəkdirilib.

Yenicag.az

www.yenicag.az

1126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv