Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"Prezidentin “Real TV”-yə müsahibəsi gələcəyə hesablanan strategiyanın anonsudur" - Fəxrəddin Həsənzadə

Reklam: Sinerji Pro

“Ötən gün cənab İlham Əliyevin “Real TV”-yə müsahibəsində ölkəmizdə həyata keçirilən gənclər siyasətinə geniş yer verilməsini gələcəyə hesablanan strategiyanın anonsu kimi qiymətləndiririk. Xüsusən çıxışda könüllülük hərakatının geniş vüsət alması, özəl və dövlət sektorunda bu ənənənin davam etdirilməsi ilə bağlı tövsiyyələri yaxın aylarda könüllülük prinsiplərinin əhatə dairəsini artıracaq. Sözsüz ki, digər verilən qərarlar kimi bu addım da birmənalı olaraq gənclərin vətəndaş cəmiyyətində iştirakçılığının artırılması ilə yanaşı, onların ictimai nəzarət funksiyasını genişləndirəcək”.

Yenicag.az xəbər verir ki, bunu Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə deyib. O, bəzən ali təhsilini başa vuran gənclərin sonradan iş üçün müraciət etdikləri zaman təcrübə tələb olunması ilə qarşılaşıqlarını və bu onlarda ruh düşkünlüyü yaratdığını qeyd edib.

“Məhz könüllülüyün bütün sahələrdə təbliğinə dair cənab Prezidentin tövsiyəsi gənclərin maraq və ixtisas dairəsinə uyğun olaraq müxtəlif qurumlarda təcrübə keçməsinə böyük şərait yaradacaq. Belə ki, artıq dövlət və özəl qurumlar bacarıqlı gənclərlə birbaşa iş mühitində tanış olacaq, onlara gərəkli olan kadr potensialının təmin olunmasında həmin gənc könüllülərdən faydalanacaqlar. Bu da özlüyündə bütün istiqamətlər üzrə gənclərin praktiki biliklərinin artırılması ilə bərabər insan kapitalının inkişafına ibtidai mərhələdə töhfə verəcək”.

Fəxrəddin Həsənzadə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun dövlət və özəl orqanlarda könüllülük fəaliyyətinin təbliğ edilməsi ilə bağlı çağırışına əsaslanaraq Gənclər üçün Təhsil Mərkəzi fəaliyyət göstərdiyi 6 regional ofisində geniş tədbirlər planı həyata keçirəcək.

“Yaxın günlərdə regionlarda könüllülərin iştirakı ilə böyük toplantı və forumların keçirilməsi ilə yanaşı, tərəfimizdən dövlət və özəl orqanlarda könüllülük işinin təşkili, həmin qurumların daxilində könüllülər qrupunun yaradılması, habelə könüllülərin cəlb edilməsi ilə bağlı maarifləndirici görüşlərə start verəcəyik. Bu missiya özlüyündə region gənclərinin şəxsi inkişafı ilə yanaşı, gələcək məşğulluq probleminin həllində açar rolunu oynayacaqdır. Bütün bu deyilənləri nəzərə alaraq, könüllülük prinsiplərini həyat tərzinə çevirən gənclər təşkilatlarını, bu sahədə böyük təcrübəsi olan qeyri-hökumət təşkilatlarını bu qürurlu və sabaha hesablanan missiyanın həyata keçirilməsində yaxından və aktiv iştirak etməyə çağırırıq. Bu sadəcə könül işi deyil, həmçinin bizlər üçün ideologiyadır”.

 

www.yenicag.az

1613
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM