Prezidentin sahibkarlarla bağlı tapşırığı Nizami rayonuna şamil edilmir? – İDDİALAR

zxxZXxSahibkarlar icra hakimiyyətinin təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirovun onlardan “haqq” aldığını iddia edirlər

Rayonun biznes sahələrini əhatə edən ərazilər Arif Qasımov tərəfindən mütəşəkkil dəstə arasında bölüşdürdüyü deyilir.
Ötən il ölkə prezidenti İlham Əliyev dəfələrlə dövlət qurumlarına xəbərdarlıq edərək sahibkarlara qarşı qanunsuz əməllərə son qoymağı, səbəbsiz yoxlamalara, sahibkarlardan icra başçılarının sahibkarlardan haqq almasına və digər neqativ hallara son verməyi ən qəti şəkildə məmurlardan tələb edib.
Ötən ilin oktyabr ayında Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən alınması ilə başladılan “MTN işi” əməliyyatının da, dövlət başçısının məhz sahibkarlara qarşı olan təzyiqləri ortadan qaldırmaq məqsədi ilə başlatdığı da sirr deyil. Ümumilikdə isə ötən il sahibkarların məmur özbaşınalıqlarından qorunması üçün bir sıra ciddi addımlar atılıb. Bu addımlar sahibkarların ölkə iqtisadiyyatına daha böyük töhvələr verə bilməsi üçün stimul rolu oynamaqdadır.
Lakin çox təəssüflə qeyd etməliyik ki, ölkə prezidenti İlham Əliyevin ən qəti şəkildə tapşırıqlar verməsinə baxmayraq, hələ də bəzi məmurlar, icra hakimiyyəti başçıları sahibkarları incitməkdən, onların halal gəlirlərinə əl qoymaqdan əl çəkmirlər. Bəlli səbəbədən adının açıqlanmasını istəmyən sahibkarın AzMedia.info-ya ünvanladığı məktubda bildirilir ki, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Nizami rayonununa başçı təyin olunduğu qısa zaman ərzində rayonda fəaliyyət göstərən sahibkarlara qarşı qanunsuz təzyiqlər həddindən artıq artıb.
Şikayətçi bildirir ki, cəmi 5 aydır Nizami rayonununa rəhbərlik etməsinə baxmayraq, Arif Qasımov sahibkarlara “göz verir, işıq vermir”. İddiaya əsasən icra başçısı sahibkarlardan icra hakimiyyətinin  təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirovun vasitəsi ilə aylıq “haqq” tələb edir. Bundan imtina edən sahibkarlara isə ən müxtəlif yollarla təzyiq olunur.
Qeyd edək ki, AzMedia.info-nun Nizami rayonunda apardığı araşdırma zamanı digər mənbələr də iddianı təsdiqləyib. Saytımızın əməkdaşının əlaqə saxladığı sahibkarların bəziləri bizimlə açıq söhbət etməkdən qorxsalar da, bəzi sahibkarlar bildiriblər ki, faktiki olaraq Arif Qasımovun yaxın adamları rayonda mütəşəkkil dəstə yaradıb. Rayonun biznes sahələrini əhatə edən ərazilər Arif Qasımov tərəfindən mütəşəkkil dəstə arasında bölüşdürdüyü deyilir.
Qeyd edək ki, iddialarla bağlı Nizami rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə cəhd etdik. Telefon zəngimizi cavablandıran icra hakimiyyətinin işçisi özünü təqdim etmədən bildirdi ki, iddilar tamamilə şər və böhtandan ibarətdir və icra hakimiyyəti böhtan xarakterli məsələlərə mövqe bildirmir. Buna baxmayraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /pia.az
COP29